Söhbət kameraya düşdü: Putinin sözləri dünyanı şoka saldı – VİDEObackend

Söhbət kameraya düşdü: Putinin sözləri dünyanı şoka saldı – VİDEO

Ötən gün Çin Prezidenti Si Cinpin və Vladimir Putinin hərbi paradı izləmək üçün liderlərə ayrılan məkana gedərkən kameralara düşən söhbəti bütün dünyada rezonans doğurub. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, Cinpin və Putin insanların bioloji yaşamının uzanması və ölümsüzlüyü müzakirə ediblər.

Məsafədən qeydə alınan görüntülər Çin televiziyasında yayımlanıb, daha sonra bütün dünyada gündəm olub.

Paradı izləmək üçün ayrılan məkana gedərkən aşağıdakı dialoq baş tutub:

Cinpin: “Əvvəllər insanlar nadir hallarda 70 yaşını görürdü. İndi isə bu yaşda adamlar uşaq sayılır”.

Putin: “Biotexnologiya sayəsində orqanlar sonsuza qədər dəyişdirilə, yenilənə bilir. İnsanlar bu şəkildə ölümsüzlüyü belə əldə edə bilərlər”.

Cinpin: “Bəziləri bu əsrdə insanların 150 ilə qədər yaşaya biləcəyini proqnozlaşdırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*