ŞOK: Ana körpəsini 13 min dollara satmaq istədibackend

ŞOK: Ana körpəsini 13 min dollara satmaq istədi

Gürcüstanda körpəsini 13 min dollara satmaq istəyən ana və daha 6 nəfər polis tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti yayıb.

Açıqlamada deyilir ki, göz altına alınanlar arasında 2 həkim və əvvəllər cinayət məsuliyyətinə cəlb edilən bir şəxs də var.

İstintaq müəyyən edib ki, onlar körpəni 13 min dollara satmağı və pulu bölüşməyi planlaşdırıblar.

Mənbə bildirir ki, tutulanları 14 ildən 17 ilədək həbs cəzası gözləyir.

Hadisə ilə bağlı istintaq davam edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*