ŞOK: Azərbaycanın qarşısını almağın iki yolu var: “Ermənistan bunu ya hərbi yolla, ya da…” – Ovannisyanbackend

ŞOK: Azərbaycanın qarşısını almağın iki yolu var: “Ermənistan bunu ya hərbi yolla, ya da...” – Ovannisyan

“Beynəlxalq ictimaiyyətin  Azərbaycana lazımı təzyiq göstərməməsi səbəbindən rəsmi Bakı geriyə addım atmır. Ermənistan delimitasiyaya razı olsa belə, Azərbaycan qoşunlarını geri çəkməyəcək”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Taron Ovannisyan deyib. Öz erməni xisləti ilə məsələlərə yanaşan Ovannisyan deyib ki,  Azərbaycan Ermənistana təzyiq göstərməklə təcili delimitasiya və demarkasiyaya nail olmağa çalışır. Özgə torpaqlarını özününkü kimi təqdim etməkdən utanmayan erməni politoloq  guya Sovet dövründə əsas zirvələrin Ermənistanın nəzarətində olduğunu iddia edib. Ancaq həmin dominant zirvələrə hazırda Azərbaycanın nəzarət etdiyini bildirib.

Taron Ovannisyan deyib ki,  hazırkı vəziyyətdə heç bir delimitasiya, demarkasiya və sülh  ola bilməz. 44 günlük müharibənin ağır məğlubiyyətindən nəticə çıxarmayan erməni politoloq Azərbaycanın qarşısını almağın iki yolu olduğunu bildirib: “Ermənistan bunu ya hərbi yolla, yaxud da ATƏT -in Minsk Qrupunun təzyiqi ilə edə bilər”.

Ovannisyan prosesləri dayandırmaq üçün ən sürətli və əlverişli variantın Rusiyanın yardımı olduğunu dilə gətirib. Lakin Rusiya Azərbaycana təzyiq göstərməsə, Ermənistanın BMT Təhlükəsizlik Şurası ilə əlaqə saxlamalı olacağını deyib.

Eyni zamanda Təhlükəsizlik Şurasında öz xeyrinə qətnamə əldə etmək üçün Ermənistanın kifayət qədər resurslara malik olmadığını bildirib. Bunu xüsusilə Azərbaycanla yaxşı əlaqələri olan Böyük Britaniyanın Təhlükəsizlik Şurasında yer alması ilə əlaqələndirib.

Görünən odur ki, Azərbaycanın öz sərhədlərini müəyyənləşdirmək üçün fəal şəkildə addımlar atması, demarkasiya prosesinə, dəhliz məsələsinə həssas yanaşması Ermənistanı əməlli-başlı qorxuya salıb. Elə buna görə də, xarici himayədar axtarışında olan Ermənistan hər vasitə ilə Azərbaycanı dayandırmağa çalışır. Lakin Ermənistan hökuməti anlamır ki,  Azərbaycanın bütün dünya dövlətləri ilə qarşılıqlı əlaqələri var və heç bir təzyiq qarşılığında geriyə addım atmayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*