ŞOK: Bəşər Əsəd Rusiyanı tərk edir – Suriyada hakimiyyətə gəlmək üçün hazırlıqlar başladıbackend

ŞOK: Bəşər Əsəd Rusiyanı tərk edir - Suriyada hakimiyyətə gəlmək üçün hazırlıqlar başladı

Bəşər və Mahir Əsədin, eləcə də bir neçə suriyalı hərbi liderin Rusiyanı tərk etmək üçün müraciət ünvanlaması birmənalı qarşılanmayıb və müəyyən suallar doğurub. Görəsən Rusiyaya sığınan Əsəd niyə oradan çıxmaq istəyir?

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli KONKRET.az-a açıqlama verib.

Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək - Əziz Əlibəyli (ÖZƏL)  - TurkicWorld

Əlibəylinin sözlərinə görə, bu, Rusiyanın siyasətinin nəticəsidir:

“Rusiyanın Suriya üzrə nümayəndəsi Boqdanovun yenidən təyin edilməsi göstərdi ki, Moskvanın Yaxın Şərqə yanaşması unikal və fərqlidir. Rusiya prinsipcə öz maraqlarının təhlükə altında olduğunu düşünmür. Ukrayna müharibəsi səbəbindən Rusiya Yaxın Şərqdə yeni savaşa başlamaq niyyətində deyil. Lakin yeni müharibəyə cəlb olunma ehtimalı mövcuddur.”

Politoloq qeyd edib ki, yaxın vaxtlarda Ukrayna cəbhəsində hərbi dəyişiklik olacağı təqdirdə, Rusiya dərhal Yaxın Şərqdə də yeni addımlar ata bilər:

“Suriyada bir neçə gün əvvəl başlayan daxili qarşıdurmalar, İsrailin hava zərbələri və oradakı şiələrin ayaqlanması ciddi problemlərin mövcudluğunu göstərir. Belə ehtimallar fonunda İran və Rusiyanın müəyyən hazırlıq içində olduğunu söyləmək mümkündür.”

Əziz Əlibəyli əlavə edib ki, məhz bu səbəbdən Bəşər Əsədin yenidən siyasi səhnəyə qayıtması üçün zəmin hazırlanır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*