Şok iddia: Əri Xalq artistini döyüb – VİDEObackend

Şok iddia: Əri Xalq artistini döyüb - VİDEO

Xalq artisti Naibə Allahverdiyevanın əri tərəfindən döyüldüyü iddia edilib.

KONKRET.az  xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində qonaq olan sənətçi bu barədə danışıb.

Belə ki, verilişə gələn şikayətçilərdən biri həyat yoldaşının onu döydüyünü deyərək gileylənib.

Verilişdə ekspert qismində iştirak edən  N. Allahverdiyeva isə ona  bu sözləri deyib:

“Heç kəsin ailəsinin dağılmasını istəmərəm. Amma bir şeyi də başa düşürəm ki, bir dəfə qalxan əl yenə, daha çox qalxacaq sənə. Biz dünya görmüş insanlarıq. Ətrafımızda da bu hal baş verib, başımıza da gəlib. Əgər səni bir dəfə təhqir edirsə, qədrini bilmirsə, bu hal hər zaman təkrarlanacaq. Kişilərin çox şirin dili var. İnsanı dəyişəcəklərinə inandırırlar. Ancaq onlar heç vaxt dəyişmirlər. Bu faktın şahidi mənəm. Çox belə hadisələr görmüşəm. Mən bunları çox gözəl bilirəm, çünki bir ömür yaşamışam, bilirəm bu şeyləri.”

Sözügedən görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*