ŞOK: İsrailin Baş nazirinin məhkəməsi başladı – and içmədən bir həftə sonrabackend

ŞOK: İsrailin Baş nazirinin məhkəməsi başladı - and içmədən bir həftə sonra  

Korrupsiyada ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahunun bazar günü məhkəməsi başlayıb.

KONKRET.az xəbər verir ki, məhkəmənin əvvəlində Netanyahu polis və prokurorlarun onu “devirmək” üçün əlbir olduqlarını bildirib.

O, saxtakarlıq, etimadın pozulması və rüşvətxorluq kimi cinayət ittihamları ilə üzləşən İsrailin fəaliyyətdə olan ilk baş naziridir.

O, həmçinin İsrail KİV-lərinin xeyirxah reportajlar müqabilində tənzimləmə standartlarını dəyişdirməsini təklif etməkdə ittiham olunur.

Likud sağçı partiyasının rəhbəri Netanyahu ittihamları rədd edir və məhkəməni solçu qüvvələrin təşkil etdiyi “ifritə ovu” adlandırır. O, bazar günü məhkəməyə gələrək bu ittihamların dövlətə qarşı bir sui-qəsd olduğunu deyib.

Tənqidçilərə görə, onun açıqlamaları İsrailin demokratik institutlarını sarsıdır.

Məhkəmə, Netanyahunun beşinci müddətə and içməsindən bir həftə sonra başlayıb.

Bazar günü o, məhkəməyə gəlmək istəməyib, ancaq Qüdsün Dairə Məhkəməsi onun gəlişinin zəruri olduğu barədə qərar verib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*