ŞOK: İtaliyada koronavirusdan ölənlərin cəsədlərini hərbi maşınlarla aparırlar – VİDEObackend

ŞOK: İtaliyada koronavirusdan ölənlərin cəsədlərini hərbi maşınlarla aparırlar - VİDEO

İtaliya hərbçiləri tərəfindən koronavirusdan ölənlərin cəsədlərinin hərbi yük maşınlarla aparılması Bergamo şəhərində yerli sakinlər tərəfindən lentə alınıb. Tabutlar şəhər qəbiristanlığından çıxarılaraq yük maşınlarına yüklənir.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı Reuters agentliyi yayıb.

Mənbə bildirir ki, İtaliya hakimiyyəti koronavirusdan ölənlərin cəsədlərini aparmaq üçün ordunun xidmətindən istifadə edir.

Belə ki, ölənlərin cəsədlərinin çıxarılmasında 15 xüsusi nəqliyyat vasitəsi və 50 hərbi qulluqçu iştirak edib. Dünən İtaliyada bir gün ərzində 475 nəfər ölüb.

Qaranlıqda hərəkət edən hərbi karvan yerli sakinlər tərəfindən evin pəncərəsindən çəkilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*