ŞOK: Kişi illərdir arvadını döyüb və uşaq bezinin içərisindəkini yeməyə məcbur edib – VİDEObackend

ŞOK: Kişi illərdir arvadını döyüb və uşaq bezinin içərisindəkini yeməyə məcbur edib - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu yaxınlarda sosial şəbəkələrdə bir kişinin qadını vəhşicəsinə döydüyü barədə bir video yayılmışdı. Məlum olduğu kimi, qadın əri tərəfindən döyülüb. İnsident Özbəkistanın Səmərqənd şəhərində baş verib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hüquq-mühafizə orqanları qadına və iki övladına mühafizə əmri verib və kişiyə qarşı cinayət işi açılıb. Daha sonra ailə həyatının təfərrüatları mediada ortaya çıxıb.

Döyülən qadın blogerə verdiyi müsahibədə “ərinin onu uşaq bezinin içindəkiləri yeməyə belə məcbur etdiyini” etiraf edib.

BBC-nin Özbək xidmətinə görə, qadın ərinin zorakılığına görə üç dəfə intihara cəhd etdiyini söyləyib. Qadının 16 yaşında özündən 10 yaş böyük bir kişiyə ərə getdiyi bildirilir. Cütlük 2012-ci ildən bəri şəriət evliliyində yaşayıb və 2015-ci ildə hüquqi münasibətlərini rəsmiləşdirib.

Blogçu ilə canlı reportaj zamanı qadın deyib ki, əri həmişə ona sevmədiyini və atasının məcburiyyəti altında evləndiyini bildirirmiş. Bunu ərindən davamlı zorakılığın başlıca səbəbi hesab edir.

Dəfələrlə boşanmağa çalışıb, ancaq ətrafdakılar ona icazə verməyiblər. Ərinin ona münasibəti isə daha da pisləşib.

Son 8 ildə daimi döyülüb, əri hətta onu köhnə uşaq bezinin içərisindəki yeməyə məcbur edib. Evdə kiminsə olmamasından istifadə edən ər əvvəlcə evi kilidləyib, arvadını döyüb və itin zibilini tapmağı əmr edib, tapa bilmədikdə tualetdən nəcis gətirməsini istəyib.

Sonra kişi zibil qutusundan üç günlük uşaq bezini tapıb, onları parçalayıb, qazana qoyub və içindəkiləri yeməyə məcbur edib.

“Dörd yaşındakı oğlumuz atasına bunu etməməsini xahiş etsə də, yeyə bilməyəcəyim üçün çox ağladım, yalvardım, yenə də “yeyəcəksən, sonra evdən çıxacaqsan” deyərək məni yeməyə məcbur etdi. Hətta məni qusduğumu yeməyə məcbur edib” deyə qadın xatırlayır.

“İki saat qarşımda oturub, hamısının həzm olunmasını gözləyib, sonra qapını açıb gedib”. O, söhbət əsnasında göz yaşları töküb.

Vəziyyəti pisləşəndə ​​qadın taksi çağıraraq yaxın qohumunun evinə çatmağı bacarıb və huşunu itirib.

Qohumları tərəfindən çağırılan təcili yardım zəruri prosedurları yerindəcə həyata keçirmək məcburiyyətində qalıb, həyatını xilas edib və hadisəni hüquq-mühafizə orqanlarına bildirib.

Məhkəmə tibbi müayinəsindən keçmək istəyəndə qayınatası və ərinin bacısı bunun bir daha olmayacağını vəd edərək ondan müayinədən imtina etməsini istəyib.

Ancaq evə qayıtdıqdan sonra əri yenə onu döyüb.

Əvvəllər ilk dəfə həb içərək intihara cəhd edəndə həkimlər hüquq-mühafizə orqanlarına müraciət etmişdilər, ancaq məlum olduğu kimi qadın ifadəsini geri götürmüşdü.

Vəziyyəti izləyən və qadının taleyini işıqlandıran bir bloger ərinin qohumlarının yenidən ailəni birləşdirməyə çalışdıqlarını söyləyib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*