ŞOK: Koronavirus onun yaddaşını geri qaytardıbackend

ŞOK: Koronavirus onun yaddaşını geri qaytardı

Koronavirus bir insana 30 il əvvəl yaddaşını itirəndən sonra ailəsini xatırlamağa kömək edib. Tezliklə o, qohumları ilə yenidən görüşəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Odditycentral nəşri yazıb.

1990-cı ildən bəri amneziyadan əziyyət çəkən Çin sakini Zju Çzyamin koronavirus haqqında televiziyada gedən reportajı izlədikdən sonra ailəsini xatırlayıb.

30 il əvvəl bir kişi Guizhou əyalətini tərk edərək Hubei əyalətinə gəlib və burada inşaat sahəsində iş tapıb. O, iş vaxtı başından xəsarət alıb və amneziyadan əziyyət çəkməyə başlayıb.

Şəxsiyyət vəsiqəsini itirəndən sonra isə küçədə qalıb. Evli bir cütlük onu öz himayələrinə götürüb.

Çzyamin dəfələrlə adını və haradan gəldiyini xatırlamağa çalışsa da bir şey alınmayıb.

Fevral ayında çinli televiziyada xəbərlərə baxıb. Süjetlərdən biri məmləkətində lentə alınıb. Birdən o, özü haqqında hər şeyi xatırlayıb.

Dərhal polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun ailəsini tapıblar. Məlum olub ki, Çzyaminin atası 18 il əvvəl vəfat edib. 83 yaşlı anası ilə video bağlantı vasitəsilə danışıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Anası “Yaşadığın üçün şadam. Düşünürdüm ki, səni bir daha görməyəcəyəm” deyib.

Çzyamin yeni sənədlərin verilməsini gözləyir və bundan sonra dərhal evinə gedəcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*