ŞOK: Koronavirusu olan uşaq dünyaya gəldibackend

ŞOK: Koronavirusu olan uşaq dünyaya gəldi

Rusiyanın Saratov şəhərində koronavirusa yoluxan bir qadın qız uşağı doğub. Həkimlərin müayinəsindən sonra körpədə də koronavirus aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi bölgənin səhiyyə naziri Oleq Kostinə istinadən yayıb.

“Bir neçə gün əvvəl koronavirusu olan Saratov sakini 10 nömrəli şəhər klinik xəstəxanasında COVID-19-u olan uşaq doğdu” deyib.

Yeni doğulan körpənin simptomları olmadığından regional uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alır.

Mənbə bildirir ki, ana da özünü “tamamilə normal” hiss edir.

Saratov bölgəsində iki minə yaxın insan koronavirusa yoluxub, 12 nəfər ölüb, 518 xəstə sağalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*