ŞOK: Model sinəsini böyütdü, yaddaşını itirdi – FOTOLARbackend

ŞOK: Model sinəsini böyütdü, yaddaşını itirdi - FOTOLAR

Avstraliyalı model sinə böyütmə əməliyyatından sonra yaddaşının itirildiyini iddia edir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” nəşri yayıb.

26 yaşlı Cassandra Jungun sözlərinə görə, altı il əvvəl sinəsini böyüdüb. Bu əməliyyat onun həyatını korlayıb, o vaxtdan bəri qız sağlamlığında problem yaşamağa başlayıb.

Jung qeyd edir ki, hələ də sinə və oynaqları güclü ağrı verir, nəfəs almaqda çətinlik çəkir. Avstraliyalı əməliyyatdan sonra yaddaşını itirdiyini iddia edir.

Qız qeyd edir ki, sinəsinin kiçik olması səbəbindən həmyaşıdları onu lağa qoyurdular və sonradan bu, onun modellik işinə maneçilik törədib.

Üzgüçülük paltarının və digər geyimlərinin onun bədəninə uyğun gəlməməsi səbəbindən fotoqraflar ona lağ edirmişlər.

Jung sinəsini ilk ölçüdən üçüncüyə qədər artırıb.

Sağlamlığı ilə əlaqədar olaraq o, karyerasını itirib. Hazırda qəssab dükanında işləyir. Qızın implantın çıxarılması əməliyyatı üçün 7500 dollara olmadığından GoFundMe platformasında kömək istəyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*