ŞOK: “Müəyyən ərazilərdə Azərbaycan bayrağının sancılması prosesi gedir” – Yaxın vaxtlarda açıqlanacaqbackend

ŞOK: “Müəyyən ərazilərdə Azərbaycan bayrağının sancılması prosesi gedir” - Yaxın vaxtlarda açıqlanacaq

“Hazırda proses müsbət dinamika üzrə gedir. Sülh sazişinin imzalanmasına yaxınıq.  Ermənistanın xüsusilə Kəlbəcər istiqamətində atəşkəsi pozması da, buna göstərilən reaksiyadır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, Ermənistan kapitulyasiyaya imza atıb və razılaşmaya əməl etməyə məcburdur. İkinci bir məsələ ola bilməz: “Düşünürəm ki, hazırda müəyyən ərazilərdə Azərbaycan bayrağının sancılması prosesi gedir və biz bunun yaxın vaxtlarda açıqlanacağını görəcəyik”.

Əziz Əlibəyli əlavə edib ki, sülh sazişi tamamilə Azərbaycan sərhədlərini əhatə edəcək: “Azərbaycan sərhədləri içərisində qalan bölgələr də bizim ərazilərdir. Müvəqqəti olaraq ərazilərin hansısa formada idarə olunması, orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ümumi güzəranının normal şəkildə davam etdirilməsi üçün bəzi məsələlər öz yerində qalacaq. Yəni bütün bunlar 5 illik müddətinə imzalanıb. Onsuzda sülhməramlıların yerləşdiyi ərazilərin də Azərbaycan torpaqları olduğu öz təsdiqini tapıb. Sadəcə orada bizim idarəetmə sisteminin tətbiqi 5 il ərzində baş verəcək prosesin tərkib hissəsidir”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan üçün iki əsas məsələnin həllini tapması vacib idi: “Birincisi sərhədlərin demarkasiyasıdır ki, sülh sazişinin içərisində bu məsələ öz həllini tapır. Demarkasiyadan sonra delimitasiya prosesi başa çatır. Ondan sonra isə sülh sazişi imzalanır. Hesab edirəm ki, sərhədlər demarkasiya edilən kimi, paralel şəkildə kommunikasiyaların açılması da baş tutacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*