ŞOK: Rusiyadakı partlayışların arxasında ABŞ kəşfiyyatı dayanırbackend

ŞOK: Rusiyadakı partlayışların arxasında ABŞ kəşfiyyatı dayanır

Fransanın nüfuzlu Le Monde nəşrinin sorğu keçirdiyi hərbi ekspertlər hesab edirlər ki, Ukraynanın həyata keçirdiyi “Hörümçək toru” adlı genişmiqyaslı əməliyyat ABŞ kəşfiyyatının köməyi olmadan mümkün olmazdı.

KONKRET.az xəbər verir ki, onların fikrincə, bu, ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən Rusiya Prezidenti Vladimir Putinə qarşı endirilmiş dolayısı zərbə kimi qiymətləndirilə bilər.

Fransa ordusunun sabiq yüksək rütbəli zabiti Giyom Ansel qeyd edib ki, Kiyev bu əməliyyat zamanı istifadə olunan dronların uzaqdan idarə olunduğunu bildirir. “Bu, yalnız güclü peyk rabitə sisteminin dəstəyi ilə mümkündür. Ukrayna bu texnoloji imkanlara sahib deyil. Əgər dronlar uzaqdan idarə olunubsa, bu, şübhəsiz ki, ABŞ-ın dəstəyi sayəsində baş verib”, – deyə Ansel bildirib.

Beynəlxalq risklər üzrə mütəxəssis və ehtiyatda olan zabit Stefan Odran isə vurğulayıb ki, bu cür əməliyyatlar hər nə qədər təsirli və səs-küylü olsa da, “müharibənin ümumi gedişatını və qüvvələr nisbətini dəyişməyəcək”. Onun sözlərinə görə, əsas mesaj Rusiyanın zəifliyini ortaya qoymaqdır. “Ukraynalılar sübut etdilər ki, Rusiyanın nüvə qüvvələrinin qorunması o qədər də etibarlı deyil”, – deyə o əlavə edib.

Ekspertlər həmçinin qeyd ediblər ki, “Rusiya hava qüvvələri ölkənin müdafiə sisteminin tacındakı mirvaridir” və onların bu şəkildə zərbə alması Moskva üçün “aşağılayıcı”dır.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*