ŞOK: “Şuşaya atılan “İskəndər” Azərbaycan əsgərini deyil, Rusiya hərbi sənayəsini vurub”…backend

ŞOK: “Şuşaya atılan "İskəndər" Azərbaycan əsgərini deyil, Rusiya hərbi sənayəsini vurub”...

“Şuşaya atılan “İskəndər” raketi Azərbaycan əsgərini deyil, Rusiya hərbi sənayəsini vurub”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Politoloq bildirib ki, Azərbaycan ordusu Şuşa şəhərini azad etdikdən sonra, Ermənistan tam bir fiaskoya uğrayıb: “Şuşanın azad edilməsindən sonra Azərbaycanın Qarabağda üstünlüyünü Rusiya qəbul etmirdi. Ermənistan ərazisindən Şuşaya atılan “İskəndər” raketlərinin birbaşa Moskvanın təlimatı ilə atılması istisna deyil. Bu raketlərin bəzi seriyaları Gümrüdə “102”-ci bazanın sərəncamındadır”.

Məhəmməd Əsədullazadə - Publika.Az

Politoloq əlavə edib ki, Şuşaya “İskəndər” ataraq Azərbaycan ordusunu buradan çıxarmaqla, atəşkəsə məcbur etmək əsas məqsəd olub: “Atılan raketlər partlamayıb və Rusiyanın planı baş tutmayıb. Hətta Azərbaycanın Şuşanı işğaldan qurtarmayınca, müharibəni davam etdirəcəyi mesajı İrəvan və Moskvanı fakt qarşısında qoyub. Rusiya müdaxilə edəcəyi təqdirdə Türkiyə də öz ordusunu Qarabağa yeridəcəkdi. Həlledici mərhələ Şuşa şəhəri idi. Şuşanın azad edilməsi ilə, proseslər dağıdıcı mərhələyə keçmədi. Şuşa uğrunda çox ciddi siyasi-hərbi mübarizə gedirdi. Azərbaycan Şuşanı əldə saxlaya bildi. Bu, tarixi, siyasi və hərbi qələbə idi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*