ŞOK: Tramp ABŞ-ın imicini belə MƏHV EDİBbackend

ŞOK: Tramp ABŞ-ın imicini belə MƏHV EDİB

Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra ABŞ-ın beynəlxalq imici pisləşib, Çinə münasibət isə əksinə, xeyli yaxşılaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə Axios portalı “Morning Consult”un qlobal araşdırmasına istinadən məlumat yayıb.

Son il yarım ərzində 41 ölkədə toplanan məlumatlara görə, Trampın andiçmə mərasimindən sonra ABŞ-ın reytinqi sürətlə aşağı düşməyə başlayıb. Xüsusilə, kəskin azalma Amerika prezidentinin idxal rüsumlarının tətbiqini elan etməsindən sonra müşahidə olunub və bu, yeni ticarət müharibəsi riski fonunda narahatlıq doğurub.

Ölkələrə münasibət indeksi müsbət və mənfi cavabların payı arasındakı fərq kimi hesablanır. May ayında ABŞ-ın reytinqi mənfiyə keçdi, Çinin reytinqi 2020-ci ilin oktyabrından bəri ilk dəfə müsbət oldu və mayın 30-da ABŞ üçün -1,5-ə qarşı +8,8-ə çatdı.

Morning Consult analitiki Ceyson MakMann deyib: “2025-ci ilin yanvar ayından etibarən əksər ölkələr eyni vaxtda ABŞ-a münasibətdə pisləşmə və Çinə qarşı düşüncələrində isə yaxşılaşma müşahidə ediblər.

ABŞ-a münasibətin pisləşdiyi ölkələr arasında Rusiya istisnadır. Bununla belə, ümumilikdə ABŞ-ın reputasiyasının aşağı düşməsi iqtisadiyyata da təsir edə bilər, çünki bütün dünyada istehlakçılar Amerika mallarından və brendlərindən qaçmağa başlayırlar.

Morning Consult həmçinin ABŞ-ın imicinin pisləşməsini qondarma “azadlıq günü” ilə əlaqələndirir – martın 2-də Tramp irimiqyaslı idxal rüsumlarını elan etdi və bu, dünyada mənfi reaksiyaya səbəb oldu. Nəhayət, Çinin xeyrinə “trendensiyanı tərsinə çevirdi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*