ŞOK: Türkiyə xüsusi xidmət orqanları İrəvana girdi – Qasparyan və generallara qarşı gizli əməliyyat…backend

ŞOK: Türkiyə xüsusi xidmət orqanları İrəvana girdi – Qasparyan və generallara qarşı gizli əməliyyat...

Anar Əliyev: “Ermənistan cəmiyyəti Nikolun yerinə gələ biləcək şəxslərin cinayətkar və korrupsioner olduğunu açıq şəkildə görür”

10 noyabr bəyanatından sonra Ermənistanda çox gərgin vəziyyət yarandı. Ölkədə mövcud vəziyyətdən istifadə edərək Paşinyanı devirməyə çalışan və hakimiyyətə gəlmək istəyən qüvvələr mövcuddur. Ermənistanı müharibədə məğlub duruma salmasına rəğmən Paşinyana hələ də xalqın böyük etimadı qalmaqdadır. Bütün bunlar Ermənistanda proseslərin gərgin şəkildə davam etməsinə zəmin yaradır.

Yerevandakı son prosesləri KONKRET.az-a şərh edən Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyir ki, Paşinyanın məqsədli şəkildə “İsgəndər” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirlər, müxalifətin və cəmiyyətin baş verə biləcək proseslərə münasibətini öyrənmək məqsədi daşıyırdı: “Hesab edirəm ki, Paşinyan öz hədəflərinə çata bildi. Amma Paşinyanın özünü daha rahat hiss etməsi üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Bunun başlıca şərti odur ki, Paşinyan kapitulyasiyaya imza atmaqla daha çox erməni əsgərinin məhv edilməsinin qarşısını aldı. Bu isə həssas qrup olan əsgər valideynlərinin ona olan rəğbətini artırdı. İkinci səbəb odur ki, Ermənistan cəmiyyəti Nikolun yerinə gələ biləcək şəxslərin cinayətkar və korrupsioner olduğunu açıq şəkildə görür. Bu ehtimallar Paşinyanın hakimiyyətdəki mövqeyini bir az da gücləndirir. Ona görə də, Ermənistanda keçirilən mitinqlərdə xalqın kimə daha çox dəstək verməsindən asılı olaraq, proseslərin davamı müəyyənləşəcək. Hesab edirəm ki, daha böyük dəstəyi hazırki baş nazir əldə edəcək. Bunun nəticəsi olaraq Qasparyan və ona sadiq generalitet istefaya göndərilərək həbs ediləcək. Bundan sonra orduda da Paşinyan öz mövqeyini möhkəmləndirəcək”.

Qanunsuz silahlı qurupların və terrorçu dəstələrin bölgədə mövcudluğu davamlı sülh üçün ciddi təhdiddir” | KONKRET

Politoloq əlavə edib ki, dünəndən başlayaraq Ermənistanın Baş Qərargahına yaxın olan saytlar tərəfindən cəmiyyətə bir informasiya ötürülüb: “Sosial şəbəkələrin erməni seqmentində bu informasiya çox müzakirə edilir. İddia olunur ki, guya Türkiyə xüsusi xidmət orqanlarının bir neçə əməkdaşı Paşinyan tərəfindən Yerevana dəvət olunub. Onlar artıq Yerevandadırlar və xüsusi tapşırıq yerinə yetirmək üçün gəliblər. Bu tapşırıq Qasparyan və onun tərəfdarı olan generalların zərərsizləşdirilməsindən ibarətdir. Yəni onlar bu informasiyanı ötürməklə Paşinyanın Türkiyə agenti olduğunu göstərməyə çalışırlar. Bununla da Paşinyanın cəmiyyətdəki nüfuzuna zərər verməyə çalışırlar. Amma Ermənistanın baş naziri Qasparyan və onun tərəfdarlarına qalib gəlməyi bacaracaq. Paşinyanın hakimiyyətdə qalması region dövlətlərinin də maraqlarına uyğundur”.

 

 

Müşviq Tofiqoğlu

KONKRET.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*