ŞOK XƏBƏRDARLIQ! Qarşıdakı 5 ildə…backend

ŞOK XƏBƏRDARLIQ! Qarşıdakı 5 ildə...

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqlamasına görə, qarşıdakı beş il ərzində Yer kürəsində temperaturun rekord həddə çatacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, təşkilatın baş katibinin müavini Ko Barretin sözlərinə görə, qlobal iqlim proqnozları istiləşmənin geri çəkilmək niyyətində olmadığını göstərir:

“Bu, o deməkdir ki, iqtisadiyyatlar, gündəlik həyatımız, ekosistem və ümumilikdə planetimiz daha ciddi təsirlərlə üz-üzə qalacaq. 2025–2030-cu illər arasında hər ilin orta temperaturunun sənaye inqilabından əvvəlki dövr olan 1850–1900-cü illərin göstəricilərini 1,2–1,9 dərəcə üstələyəcəyi proqnozlaşdırılır”, – deyə o vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*