Yekaterinburqda saxlanılan azərbaycanlıların bir sıra sifarişli qətllər və adam öldürməyə cəhdlərdə iştirakı müəyyən edilib. Bu barədə məlumatı regionun İstintaq Komitəsi yayıb.
KONKRET.az xəbər verir ki, istintaq çərçivəsində şübhəlilər barəsində aşağıdakı maddələr üzrə cinayət işi açılıb:
-
qrup halında, əvvəlcədən əlbir olunaraq adam öldürmə;
-
sifarişlə adam öldürmə;
-
sifarişlə adam öldürməyə cəhd.
İttihama əsasən, hadisələr Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.
Bəzi saxlanılanlar artıq etirafedici ifadələr veriblər və istintaqla əməkdaşlıq edirlər. Hazırda onlara qarşı həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. Eyni zamanda həmin şəxslərin digər cinayətlərdə iştirakı da araşdırılır.
Qeyd edək ki, ittiham olunanları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Natiq Səlim,
KONKRET.az