ŞOK: Yeni doğulan körpənin kürəyinə bıçaq sancıb küçəyə atdılar – FOTObackend

ŞOK: Yeni doğulan körpənin kürəyinə bıçaq sancıb küçəyə atdılar - FOTO

Argentinada küçədə bir nəfər yeni doğulmuş körpəni ağ mələfəyə bükülmüş vəziyyətdə tapıb.

KONKRET.az xəbər verir ki, Britaniyanın “Daily Mail” nəşri körpənin qan içində olduğunu, kürəyinə bıçaq sancıldığını yazır.

Körpənin tibbi yardımdan sonra xilas olduğu qeyd olunur.

Yaralanan körpəni Argentinanın şimal-şərqindəki Misiones əyalətinin Posadas şəhərindəki Costanera Oeste prospektində yoldan keçən bir nəfər tapıb.

31 yaşlı bədən tərbiyəsi müəllimi Diego Sebastian Penayo körpənin yanından keçəndə qız ağlamağa başlayıb. O, uşağı xəstəxanaya aparıb.

Daha sonra qızın iki gün öncə doğulduğu ortaya çıxıb. Eyni zamanda, bədənində çox sayda kəsik olub, lakin heç biri daxili orqanlara toxunmayıb. Körpəyə “Ümid” mənasını daşıyan Esperansa adı verilib.

Uşağın anası artıq müəyyənləşdirilib və həbs edilib. Qadının qızı dünyaya gətirdiyi və xəstəxananı tərk etdiyi aydınlaşır. Ona hansı cəzanın verilib-verilmədiyi hələ məlum deyil.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*