Almaniya Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyəcək və Kiyevə “Taurus” raketləri göndərməyəcək.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukraynaya səfərindən sonra bəyan edib:
“Məncə, əvvəllər səsləndirdiyim qərarlar dəyişməz və doğru olaraq qalır. Almaniya Ukrayna Silahlı Qüvvələrinə Kiyevə verdiyimiz təhlükəli silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə imkan verməyəcək. Bu qanadlı raketlərə də aiddir. Mən həmçinin müttəfiqləri Ukraynanı dəstəkləmək üçün qərarlar qəbul edərkən sakit olmağa çağırıram”.
Solts vurğulayıb ki, o, Ukraynada eskalasiyanın, eləcə də Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
Vəli Həsənoğlu,
KONKRET.az