Almaniya kansleri Olaf Şolts NATO ölkələrini Ukraynanı əvvəllər vəd edilmiş silahlarla təmin etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Siyasətçi hesab edir ki, bu, toqquşma nöqtələrindəki vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dəyişə bilər.
Kansler əlavə edib ki, Ukraynanın Şimali Atlantika Alyansına mümkün qoşulması isə hazırda müzakirə mövzusu deyil.//Qafqazinfo