Şoltsdan Ukrayna açıqlaması: “Zelenski müharibəni dayandırmaq üçün…”backend

Şoltsdan Ukrayna açıqlaması: "Zelenski müharibəni dayandırmaq üçün..."

“Ukrayna müharibəni dayandırmaq üçün istənilən danışıqlarda iştirak etməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreitin sözlərinə görə, Şolts və Zelenski mövcud hərbi və humanitar vəziyyəti, həmçinin Ukraynada ədalətli sülhün bərqərar olması yollarını müzakirə ediblər. Hər iki lider Avropanın təhlükəsizlik məsələlərinin Qərb ölkələri ilə birgə müzakirə edilməsi məsələsində razılığa gəliblər.

Hebestreit həmçinin qeyd edib ki, telefon danışığı zamanı Şolts Almaniyanın ədalətli və davamlı sülh əldə olunana qədər Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiyalı şəkildə Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*