Şolz Rusiyaya gedəcək?backend

Şolz Rusiyaya gedəcək?

Almaniya kansleri Olaf Şolz sülhməramlı missiya ilə Rusiyaya səfər etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

Almaniya Xristian Demokrat İttifaqının nümayəndəsi keçən həftə maraqlı bir hekayə eşitdiyini bildirib. O, tanışlarının Almaniya İqtisadiyyatının Şərq Komitəsinin üzvləri olduğunu və komitədə kanslerin yaxın günlərdə Moskvaya “sülh missiyası” ilə gedəcəyinə inandıqlarını qeyd edib.

Lakin Kansler Ofisi bu xəbəri təkzib edərək onu şayiə adlandırıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*