Azərbaycanın Somali ilə əməkdaşlığının Türkiyə ilə birlikdə üçtərəfli formatda inkişaf etdirilməsi planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.
“Türkiyə ilə Somali arasında bir sıra istiqamətlərdə çox sıx əlaqələr mövcuddur. İki ölkə strateji tərəfdaşlıq münasibətinə malikdir. Azərbaycanın da hər iki ölkə ilə sıx əlaqələri nəzərə alınaraq, üçtərəfli formatda münasibətlərin inkişafı nəzərdən keçirilib”, – o əlavə edib.
C.Bayramov onu da vurğulayıb ki, Azərbaycan və Somali XİN-ləri arasında 2025-ci ildə keçirilmiş siyasi məsləhətləşmələrin davam etdirilməsi önəmlidir.