Somalidə İŞİD-ə qarşı əməliyyat: 15 terrorçu öldürüldübackend

Somalidə İŞİD-ə qarşı əməliyyat: 15 terrorçu öldürüldü

Somalinin şərqindəki Puntlend şəhərində İŞİD terrorçularına məxsus komandanlıq məntəqəsi ələ keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Somali mətbuatı məlumat verib.

“Rəsmilər Miyraale ilə Baallade vadisi arasında baş verən hücum zamanı ən azı 15 terrorçunun öldürüldüyünü bildirib. Əməliyyat ekstremist qrupun regionda mövcudluğuna ciddi zərbə vurub”,- məlumatda qeyd olunub.

Əməliyyat nəticəsində terrorçuların mühüm komanda mərkəzi ələ keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*