Son 11 ayda Rusiya pasportu alanların sayı açıqlandıbackend

Son 11 ayda Rusiya pasportu alanların sayı açıqlandı

Bu ilin 11 ayında 667 min 939 nəfər Rusiya vətəndaşlığı alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili işlər Nazirliyi məlumat yayıb.

“2021-ci ilin yanvar-noyabr ayları ərzində barəsində Rusiya vətəndaşlığını qəbul etmək qərarı çıxarılan şəxslərin sayı 667 min 939 nəfərdir. Ötən ilin analoji dövründə bu rəqəm 563 min 342 nəfər təşkil etmişdi”, – məlumatda qeyd olunub.

Rusiya pasportunu alanların əksəriyyətini Ukrayna, Belarus, Moldova və Qazaxıstan vətəndaşları təşkil edir.

Məlumatda qeyd olunub ki, miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı da artıb. Əgər 2020-ci ilin 11 ayında onların sayı 8 milyon 983 min 944 nəfər idisə, bu ilin analoji dövründə onların sayı 11 milyon 895 min 887 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*