Bu ilin altı ayı ərzində telekanallarda aparılan monitorinqlər nəticəsində 5 qanun pozuntusu faktı aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan bildirilib.
Qeyd edilib ki, pozuntu hallarından ikisi “Media haqqında” qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri 38-ci maddəsinin (yayım hüququ) və ikisi “Reklam haqqında” qanunun 4.3-cü maddəsinin (reklam olunan tibb müəssisəsinin lisenziyasının nömrəsinin göstərilməməsinə görə) tələblərinin pozulması ilə bağlı olub.
Məlumata görə, bu pozuntulara görə yayımçılara ümumilikdə 3 yayımın dayandırılması (üç saat – 2 dəfə, iyirmi dörd saat – 1 dəfə) sanksiyası, 2 xəbərdarlıq tətbiq edilib.
Bildirib ki, bu müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlı protokol tərtib edilməyib.