SON DƏQİQƏ: ABŞ Qarabağ ermənilərini antiterror əməliyyatları ilə hədələdi – ƏTRAFLIbackend

SON DƏQİQƏ: ABŞ Qarabağ ermənilərini antiterror əməliyyatları ilə hədələdi - ƏTRAFLI

Vaşinqton ultimatum şəklində Qarabağ ermənilərini üçüncü ölkədə Azərbaycan nümayəndələri ilə görüşməyə məcbur edir.

KONKRET.az xəbər verir ki, bu barədə Vaşinqtondakı diplomatik mənbənin RİA-ya verdiyi məlumatda deyilir.

Xəbərə görə, “Vaşinqton ultimatum formasında Qarabağ ermənilərini yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə “üçüncü ölkədə” Azərbaycan tərəfi ilə görüşə razılaşmağa məcbur edir. Məqsəd ABŞ-ı regiona daxil etməkdir”, – deyə agentliyin həmsöhbəti bildirib.

“Üstəlik, Qarabağ rəhbərliyi bu cür əlaqədən imtina edərsə, o zaman Azərbaycanın regionda antiterror əməliyyatı keçirəcəyi ilə hədələnir”, – deyə o, izah edib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Amerikanın sülhməramlı təşəbbüsü Qarabağın “xarici işlər naziri” Sergey Qazaryan tərəfindən lobbiçilik edilir və onun maraqları Azərbaycanın maraqları ilə tam üst-üstə düşür”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*