İsrail Qəzza zolağında atəşkəsin təmin olunmasına dair razılaşmanı imzalayıb. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff HƏMAS-a atəşkəs təklifi təqdim edib və İsrail bu təklifi qəbul edərək imzalayıb.
“İsrail bu təklifi HƏMAS-a göndərilməzdən əvvəl imzalayıb. Hazırda danışıqlar davam edir və biz ümid edirik ki, Qəzzada atəşkəs baş tutacaq. Bu, girovların evlərinə qaytarılması üçün vacib bir addımdır”, – deyə Livitt qeyd edib.
Natiq Səlim,
KONKRET.az