SON DƏQİQƏ! Azərbaycanlı ekofəallara hücum etmək istəyən separatçılar GERİ QAYTARILDI – VİDEObackend

SON DƏQİQƏ! Azərbaycanlı ekofəallara hücum etmək istəyən separatçılar GERİ QAYTARILDI - VİDEO

Rusiya sülhməramlıları erməni separatçılarının yolunu kəsib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumata görə, “azərbaycanlılara və sülhməramlılara sualları olan” Xankəndi erməniləri Laçın yolunun azərbaycanlı ekoloqların etiraz aksiyası keçirdikləri hissəsinə gediblər.

Lakin Rusiya sülhməramlıları erməniləri geri qaytarıb.

Ermənilər yeni təxribata da əl atıblar. Gorus – Xankəndi yolunun ruslar tərəfindən bağlanmış hissəsinə paralel olaraq torpaq yol keçir.

Ermənilər orada traktorlar vasitəsi ilə yeni yolu hamarlamağa çalışıblar. Lakin rus sülhməramlılar gəlib ermənilərdən işlərin dayandırılmasını tələb edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*