Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin su təchizatını vəd etdiyi kimi bu gün deyil, sabah bərpa edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində qəsəbənin bəzi ərazilərində suyun verilməsində 15 noyabr tarixində yaranan fasilələrin 16 noyabrda səhər saatlarında aradan qaldırılacağ deyilib.
“Həmin xəttin üzərindəki torpaq təbəqəsi açıldıqdan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bununla bağlı təcili təmirə ehtiyac yarandığı üçün ümumi işlərin noyabrın 17-si tam yekunlaşdırılacağı və əraziyə suyun verilməsinin gün ərzində mərhələlərlə bərpa ediləcəyi planlaşdırılır”, – deyə məlumatda qeyd olunub.