SON DƏQİQƏ: Bu ölkə həbsxanadakı bütün məhbusları azad etdi – ABŞ-a qarşı YENİ PLANbackend

SON DƏQİQƏ: Bu ölkə həbsxanadakı bütün məhbusları azad etdi - ABŞ-a qarşı YENİ PLAN

Kuba hökuməti 2 010 məhbusun əfv olunaraq azadlığa buraxılması barədə qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Kommunist Partiyası aprelin 3-də X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, qərar qanunvericiliyə uyğun olaraq məhbuslara güzəştlərin tətbiqi prosesi çərçivəsində qəbul olunub. Əfv edilən şəxslər seçilərkən onların törətdiyi cinayətlərin xarakteri, həbs müddətində davranışları, cəzanın əhəmiyyətli hissəsini çəkib-çəkməmələri və sağlamlıq vəziyyətləri nəzərə alınıb.

Məlumata görə, azad edilənlər arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, yaxın aylarda və ya gələn il vaxtından əvvəl azadlığa çıxma müddəti başa çatan məhbuslar, eləcə də əcnəbilər və xaricdə yaşayan Kuba vətəndaşları yer alır.

Eyni zamanda vurğulanıb ki, xüsusilə ağır cinayətlər törətmiş şəxslər əfv siyahısına daxil edilməyib.

Kommunist Partiyası qeyd edib ki, bu qərar Pasxa bayramı ilə əlaqədar qəbul olunub və ölkənin cinayət ədliyyə sistemində humanist yanaşmanın təzahürü hesab olunur.

Xatırladaq ki, ümumilikdə 2011-ci ildən bəri bu cür qərarlar nəticəsində 11 mindən çox məhbus azadlığa buraxılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*