SON DƏQİQƏ! Bu şəxslərin “çörəkpulu”su kəsilib?backend

SON DƏQİQƏ! Bu şəxslərin “çörəkpulu”su kəsilib?

Bəzi media subyektləri “2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri (“çörəkpulu”) kəsiləcək” məzmunlu informasiya yayıblar.

KONKRET.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən açıqlamada məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edildiyi bildirilib.

Qeyd edilib ki, bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir.

Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət verilmir. Bu və digər bəndlərin icrası müntəzəm xarakter daşıyır:

“Mütəmadi dürüstləşdirmə aparılarkən uşağın valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmadıqda, ona vahid aylıq müavinət ödənilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*