SON DƏQİQƏ: Ermənistanda polis və ruhanilər arasında “müharibə başladı” – VİDEObackend

SON DƏQİQƏ: Ermənistanda polis və ruhanilər arasında "müharibə başladı" - VİDEO

Ermənistanın Eçmiədzin şəhərində polis əməkdaşları ilə yerli ruhani şəxslər arasında ciddi qarşıdurma yaşanıb.

KONKRET.az bildirir ki, hadisə ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlı qüvvələrinin maskalı əməkdaşlarının Eçmiədzinə daxil olması ilə başlayıb.

Onlar Ermənistan Apostol Kilsəsinin rəhbəri — Katolikosun iqamətgahına daxil olmaq istəsələr də, keşişlər buna imkan verməyiblər.

Sosial şəbəkələrdə yayılan məlumatda iyeromonax Asogik Karapetyan bildirib:

“Bütün Ermənistan ruhaniləri həbsə hazırdır…”

Hüquq müdafiəçisi Aра Zohrabyanın açıqlamasına görə, hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanın saxlanılması barədə qərar qəbul ediblər. Onun yaxın saatlarda Ermənistan İstintaq Komitəsinə çağırılması və daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət ediləcəyi gözlənilir.

Məlumatlara görə, Gümrüdə yerləşən Şirak yeparxiyasında aparılan axtarışlar artıq başa çatıb. Axtarışlar zamanı arxiyepiskop Mikaeli müdafiə etməyə çalışan şəxslərdən biri saxlanılıb.

Hazırda Eçmiədzində vəziyyət gərgin olaraq qalır. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*