“Ermənistan-Fransa münasibətləri tarixində ilk dəfə Sünikdə (Zəngəzur) konsulluq açılacaq”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Ermənistan-Fransa Dostluq Qrupunun sədri Vladimir Vardanyan deyib.
“Bu gün Ermənistan-Fransa münasibətləri tarixində ilk dəfə olaraq Sünikdə konsulluq açılacaq. Bu, mərkəzləşdirilməmiş əməkdaşlığın uğurla və səmərəli şəkildə irəlilədiyinin daha bir sübutudur. Fransa hakimiyyəti Ermənistanı dəstəkləmək lazım olan bütün vəziyyətlərə daha sürətli və sərt reaksiya veriblər. Bu gün biz daha bir kiçik, lakin çox mühüm addım atacağıq. Sünikdə (Zəngəzur) Ermənistan-Fransa münasibətləri tarixində ilk dəfə olaraq konsulluq açılacaq”, – deyə Vardanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az