SON DƏQİQƏ: Həbs xəbəri yayılan məmurlar DANIŞDIbackend

SON DƏQİQƏ: Həbs xəbəri yayılan məmurlar DANIŞDI

KONKRET.az xəbər verir ki, rayonda keçirilən xüsusi əməliyyat zamanı həbs olunduğu deyilən Ağstafa Rayon İcra Hakimiyyəti Aparatının memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev danışıb. O, haqqında yayılan məlumatların əsası olmadığını bildirib. Baş memar bildirib ki, hazırda Bakıdadır və rayona qayıtmağa hazırlaşır.

“Hazırda Bakıdayam, iclas idi bu səbəbdən gəlmişdim. Onu deyə bilərəm ki, həbsimlə bağlı xəbərlər əsassızdır, işimin başındayam və rayona qayıdıram”.

Ağsatafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva da həbs xəbəri ilə bağlı açıqlama verib.
“Yayılan xəbərlər doğru deyil. Mən sabah rayonun Düz Qışlaq kəndində Yaponiya səfirliyinin iştirakı ilə həkim məntəqəsinin açılışında iştirak edəcəm. Bizimlə millət vəkilimiz Məlahət İbrahimqızı da tədbirdə olacaq. İşimdəyəm, heç bir qanunsuz əməlim yoxdur ki, məni həbs edələr”.

 

 

 

 

 

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*