Tehran və Kərəc şəhərlərini birləşdirən körpünün məhv edilməsindən sonra İran Yaxın Şərqdəki çoxsaylı strateji körpüləri vurmaqla hədələyib.
İranın “Noor News” xəbər agentliyi potensial hədəflərin siyahısını dərc edərək, Yaxın Şərq və İsraildə yerləşən 10 strateji körpünün adını açıqlayıb.
KONKRET.az xəbər verir ki, həmin siyahıya Aşağı Qalileyanı Qolan təpələri ilə birləşdirən Arik körpüsü, İsrail və İordaniya sərhədindəki Əl-Nəbi (Allenbi) körpüsü, Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasındakı Kral Fəhd körpüsü, eləcə də Abu-Dabi adasını BƏƏ-nin materik hissəsi ilə birləşdirən Şeyx Zayed körpüsü daxildir. Tehran administrasiyası bu obyektləri məhv etmək üçün hər an hərəkətə keçə biləcəyinin anonsunu verib.
Natiq Səlim,
KONKRET.az
