SON DƏQİQƏ: İstanbulda şiddətli partlayışlar baş verir – VİDEObackend

SON DƏQİQƏ: İstanbulda şiddətli partlayışlar baş verir - VİDEO

İstanbulun Tuzla rayonundakı dəri fabrikində güclü yanğın baş verib.

Konkret.az “Trthaber”ə istinadən xəbər verir ki, şiddətli partlayışlarla müşahidə olunan yanğın qısa müddət ərzində miqyasını genişləndirib.

Yaxınlıqdakı çox sayda nəqliyyat vasitəsi sıradan çıxıb. Alov tikilini tamamilə bürüyüb.

Yanğının əmələ gətirdiyi tüstü qatını bir neçə kilometr məsafədən müşahidə etmək mümkündür.

Alovun yayılmasının qarşısının alınması üçün əraziyə çox sayda yanğınsöndürən cəlb edilib. Tələfat barədə məlumat yoxdur.

Redaktor.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*