Rusiyanın Krasnoyarsk vilayətində mobil internet məhdudlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mixail Kotyukov “Telegram” kanalında məlumat yayıb.
Qubernator bildirib ki, bu qərar operativ vəziyyət və şəbəkə təhdidlərinin qarşısını almaq məqsədilə verilib. O, eyni tədbirlərin Rusiyanın digər bölgələrində də tətbiq olunduğunu xatırladaraq, sakinləri anlayış göstərməyə çağırıb. “Bu gün sakinlərin və infrastrukturun qorunması əsas məsələdir,” – deyə Kotyukov qeyd edib.
Qeyd edək ki, bundan əvvəl iyulun 24-dən etibarən Tümen vilayətində də mobil internetin fəaliyyəti məhdudlaşdırılıb. Yerli hakimiyyət orqanları bu addımın vətəndaşların təhlükəsizliyi üçün atıldığını vurğulayıb və bildiriblər ki, vəziyyət imkan verən kimi məhdudiyyətlər aradan qaldırılacaq.