“Ermənistan hakimiyyəti bir sıra keşişlərlə gizli danışıqlar aparır, onlara vəzifə təklif edir. Məqsəd erməni kilsəsinin başçısının səlahiyyətlərini siyasi nəzarətə götürməkdir”.
KONKRET.az xəbər verir ki, bu barədə Erməni Kilsəsini Ümumerməni Müdafiə Şurasının yaydığı bəyanatda deyilir.
Bəyanatda xüsusilə qeyd olunur:
“Xatırladırıq ki, kilsə rəhbərliyi ilə bağlı məsələlər müstəsna olaraq kanonik yurisdiksiya çərçivəsindədir. Dövlət strukturlarının bu prosesə hər hansı müdaxiləsi konstitusiyaya ziddir. Vəzifələrin təyinatı kilsə daxilində hakimiyyətin qeyri-qanuni formada təzahürü demək olardı ki, bu da dərin parçalanma və beynəlxalq nüfuzdan məhrumetmə ilə nəticələnəcək. Bu hüquqi prosesdə məmurlar və media nümayəndələri iştirak edəcəklər. Biz din xadimlərinə müraciət edirik: belə biabırçı təkliflə müraciət olunanların hamısını ondan imtinaya çağırırıq. Belə bir addım kilsənin daxili strukturunu dağıtmağa yönəlmiş siyasi ssenari çərçivəsində xəyanət və əməkdaşlıq kimi qiymətləndiriləcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az