SON DƏQİQƏ! Putin Trampa MEYDAN OXUDU: İmtina edirbackend

SON DƏQİQƏ! Putin Trampa MEYDAN OXUDU: İmtina edir

Kreml ABŞ-ın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı tələb etdiyi şərtlər siyahısını təqdim etməkdən imtina edib.

KONKRET.az-ın məlumatına görə, Rusiya rəsmiləri ABŞ-a bu mövzuda konkret şərtlər siyahısı verməyəcəklərini açıqlayıblar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı bəyanat yayıb.

Zaxarova ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloqun “Vaşinqton artıq Kiyevdən bu siyahını alıb, indi isə Moskvadan gözləyir” fikrinin həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, 16 may tarixində İstanbulda keçirilən görüşdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında ABŞ-ın vasitəçiliyi ilə bağlı heç bir razılaşma əldə olunmayıb.

“Yalnız razılaşmışdıq ki, Rusiya və Ukrayna hər biri atəşkəs və münaqişənin həlli ilə bağlı öz baxışlarını əks etdirən sənədlər hazırlayacaq və növbəti görüşdə həmin sənədləri birbaşa bir-birilə paylaşacaq. ABŞ və digər ölkələrin vasitəçiliyi müzakirə mövzusu olmayıb,” – deyə Zaxarova əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*