Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Oğuzda 59, Qəbələdə 42, Şamaxıda 37, Qaxda 35, Şəkidə 24, Zaqatala və Balakəndə 13, Tərtər, Quba və Qobustanda 12, Bakıda və Abşeron yarımadasında 11, Şahdağda 10, İsmayıllı, Xınalıq, Ordubad, Mingəçevir, Zərdab, Zəngilan, Qusar, Şahbuz, Beyləqan, Sabirabad, Göyçay, Altıağac, Göygöl, Kürdəmir, Xaltan, Naftalan, Lerik, Şirvan, Beyləqan, Şabran, Yevlax, Füzuli, Kəlbəcər, Goranboy, Gədəbəy, Neftçala, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Ağdam, Yardımlı və Culfada 1-9 mm-dək olub.
Şahdağda qar yağıb. Bu gün saat 00:55 radələrində Qazaxda diametri 15 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-də 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti 7-si axşam əksər rayonlarda tədricən kəsiləcək, 8-də əsasən yağmursuz keçəcək.