SON DƏQİQƏ: Rusiya-Ukrayna müharibəsində atəşkəs bu tarixdə əldə olunacaq – ÖZƏLbackend

SON DƏQİQƏ: Rusiya-Ukrayna müharibəsində atəşkəs bu tarixdə əldə olunacaq - ÖZƏL

Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi hələ də dünyanın diqqət mərkəzindədir. Çünki bu müharibə təkcə iki ölkə arasında getmir. Həmçinin böyük güclərin maraqları da burada kəsişdiyindən Qərb Ukraynanı, Çin isə Rusiyanı dəstəkləyir. Yüz minlərlə insanın həlak olmasına, şəhər və kəndlərin dağılmasına, dünya iqtisadiyyatının tənəzzül etməsinə baxmayaraq müharibə hələ də davam edir. Qalibin hansı tərəf olacağı isə ən çox müzakirə edilən mövzular sırasında yer alır. Hazırda Ukraynanın geniş miqyaslı əks hücuma başlamasının müharibənin gedişində ciddi dönüş yaradacağını düşünənlərin sayı az deyil. Bəs görəsən, bu müharibədə qalib tərəf kim olacaq?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ukraynanın əks hücumu hələ ilk günlərdir başlayıb və burada konkret nəticə gözləmək tezdir:

“Ukraynanın əks hücumunun real nəticələrini biz iyul ayında görə biləcəyik. Hazırda Kiyev tərəfindən Rusiya müdafiə xətlərinin yarılmasına və 4 kəndin azad edilməsinə dair xəbərlər yayılır. Amma ümumilikdə Ukrayna tərəfindən ciddi ərazi irəliləyişi müşahidə edilmir. Doğrudur, ruslar da Ukrayna tərəfinin əks hücuma hazırlaşdığını və hərbi baxımdan ciddi tədarük gördüyünü etiraf edir. Amma hesab edirəm ki, bu əks hücumda Ukraynanın ciddi ərazi irəliləyişi gözlənilmir”.

Politoloqun sözlərinə görə, rəsmi Kiyevin əks hücumunda müəyyən strateji ərazilərin alınması mümkündür:

“Məsələn, Zaporojye AES-in Ukrayna ordusu tərəfindən nəzarətə götürülməsi mümkündür. Təbii ki, rəsmi Kiyev bunu böyük qələbə kimi təqdim edəcək. Amma unutmaq olmaz ki, Zaporojye AES-in və ya Kaxovka su anbarının artıq heç bir strateji əhəmiyyəti qalmayıb. Bütün bu obyektlər Sovet dövründən qalmadır və öz istismar müddətini başa vurub. Ona görə də, Ukrayna ordusunun əks hücumları nəticəsində bu obyektlərin nəzarətə götürülməsi heç bir ciddi önəm daşımayacaq. Hesab edirəm ki, sonda atəşkəs elan ediləcək. Atəşkəsin bu ilin sonu, gələn ilin birinci yarısına qədər əldə olunması mümkündür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*