SON DƏQİQƏ: “Xəstəxanalardan həyəcanlı xəbərlər gəlir, COVID xəstələrinə oksigen çatışmır”backend

SON DƏQİQƏ: “Xəstəxanalardan həyəcanlı xəbərlər gəlir, COVID xəstələrinə oksigen çatışmır”

“Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır. COVID-19 xəstələrinə isə oksigen lazımdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev məlumat paylaşıb. O bildirib ki, oksigen çatışmazlığına səbəb kimi Sumqayıtda yerləşən Oksigen zavodunun 55 gündür işləməməsi göstərilir: “Ağır xəstələrin sayı artır, gündə xeyli həyacan dolu zənglər alıram. Oksigen olmasa, vəziyyət daha da ağırlaşacaq. Bu zavodun hansı səbəbdən işləmədiyini bilmirəm, amma təcili tədbirlər görülməlidir. Çox narahat oldum, oksigen çatışmazlığı yüzlərlə xəstənin itirilməsi ilə nəticələnə bilər”.

Razi Nurullayev parlamentin iki komitəsinin üzvü oldu

Razi Nurullayev oksigenə ehtiyac duyanların hər birimizin yaxını ola biləcəyinə diqqət çəkib: “Mənə belə gəlir ki, yalnız Sumqayıtda yox, digər yerlərdə də oksigen istehsalı olmalıdır. Bilmək istərdik ki, bu sahədə hansı işlər görülür və aidiyyatı orqanlar hansı alternativ addımları atır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*