Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Xırdalanda güclü yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, kənd Xırdalan deyilən ərazidə evlərdə yanğın başlayıb. Məlumata görə,evlərin iç-içə olması yanğının genişlənməsinə səbəb olub.
Hazırda əraziyə xeyli sayda yanğınsöndürənlər cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.