Son günlər Yunanıstanda baş verən zəlzələlər əhalinin ciddi narahatlığına səbəb olub

Yunanıstanın Attika bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan Attika rayonunun bir çox yerlərində hiss olunub.

Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ Afinanın şimal-qərbində qeydə qalınıb.

Qeyd edək ki, son günlər Yunanıstanda seysmik aktivlik müşahidə olunur. İyulun 19-da Afinada 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkə əhalisinin ciddi narahatlığına səbəb olub.