Son iki ildə Azərbaycanda 11 min açıq ürək əməliyyatı keçirilibbackend

Son iki ildə Azərbaycanda 11 min açıq ürək əməliyyatı keçirilib

Son iki ildə Azərbaycanda 11 000 açıq ürək əməliyyatı keçirilib.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra açıq ürək əməliyyatının sayı xeyli artıb:

“2005-ci ildə Azərbaycanda cəmi bir açıq ürək əməliyyatı keçirilib. Ancaq son iki ildir ölkədə icbri tibbi sığortanın tətbiqindən sonra bu rəqəm xeyli artıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*