“Sony” və “Honda” birlikdə yeni elektromobillər İSTEHSAL EDƏCƏKbackend

"Sony" və "Honda" birlikdə yeni elektromobillər İSTEHSAL EDƏCƏK

Yaponiyanın elektrik korporasiyası “Sony Group” və avtomobil istehsalçısı “Honda Motor” yeni müştərək elektromobillər istehsal edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında şirkət rəhbərləri bildirib.

Onların sözlərinə görə, elektromobillər ABŞ-dakı “Honda Motor” zavodunda istehsal olunacaq və ilk sifarişlər 2025-ci ilin birinci yarısından qəbul ediləcək.

Elektromobillərin tədarükü 2026-cı ildən başlayacaq və satış əsasən internet vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, hələ mart ayında iki korporasiya “Sony Honda Mobility” adlı ortaq şirkət yaratdıqlarını elan edib. Bu struktur çərçivəsində şirkətlərin potensialının birləşdirilməsi nəzərdə tutulur. “Honda Motor” avtomobillərin yaradılmasında öz nailiyyətlərini, “Sony Group” isə rabitə, elektron sensorlar, musiqi, video sahəsində ən son texnologiyaları təqdim edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*