Sosial şəbəkədə kütləvi dəfn mərasiminin videosu yayıldıbackend

Sosial şəbəkədə kütləvi dəfn mərasiminin videosu yayıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

İnternetdə kütləvi dəfn mərasimlərinin keçirildiyi bir video yerləşdirilib. Görüntülərdə təzə məzarların olduğu bir qəbiristanlıq var.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, müəlliflər videonun Qazaxıstanın Almatı bölgəsində çəkildiyini iddia etsələr də, informasiya orada təkzib edilib.

Almatı akimatlığının mətbuat xidmətindən verilən məlumata görə, şəhərdə fəaliyyət göstərən xüsusi bir cənazə xidməti bu məlumatın doğru olmadığını bildirib.

Bununla yanaşı, xidmətin işçiləri son vaxtlar daha çox dəfn etdiklərini deyiblər: “Bir gündə 80-ə qədər dəfn olur. Halbuki, əvvəllər bu rəqəm 30-u keçmirdi”.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*