Sosial yardımlarla bağlı ƏHALİYƏ MÜJDƏ: 285 manatdır…backend

Sosial yardımlarla bağlı ƏHALİYƏ MÜJDƏ: 285 manatdır...

Azərbaycanda ünvanlı sosial yardım almaq istəyən ailələrin üzləşdiyi problemlərdən biri də eyni evdə çox sayda adamın qeydiyyatda olmasıdır. Belə vəziyyət ailənin real maddi durumu ilə uyğun gəlmir, nəticədə yardım almağı çətinləşdirir.

Bu cür hallarda ünvanlı sosial yardım necə hesablanır? Faktiki olaraq, evdə yaşamayan şəxslərin yardım hesablamasından çıxarılması üçün nələr edilməlidir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Altay İsmayılov deyib ki, əksəriyyət ya yaşadığı yerdə qeydiyyatda deyil, ya da qeydiyyatda olduğu evdə yaşamır:

“Bu da sosial müavinətin hesablamasında çətinlik yaradır. Təəssüf ki, insanlar yaşadıqları yerdə qeydiyyatda deyillər. Buna görə də evdə yaşayanlarla qeydiyyatda olanları yerində yoxlamaq qəliz prosesdir. Təbii ki, müvafiq qurumlar sistemi nəzərdən keçirib qərar verəcək. Vətəndaşın öhdəliyinə düşən hissə isə rəsmiyyətdə real vəziyyəti göstərməkdir. Bunun başqa həll yolu yoxdur”.

İqtisadçının sözlərinə görə, mövcud statistika reallığı əks etdirmir:

“Bunu nəzərə alaraq, ailənin maddi vəziyyətini qiymətləndirən orqan qeydiyyatda olanlara əhəmiyyət verməyə bilər. Amma bu da müavinətin hansı qaydada hesablanacağını sual altında qoyur”.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*